TQDK sədri: “Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib”

TQDK sədri: “Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib”
# 20 iyun 2008 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, TQDK-nın məlumat bazasında 1 milyon 500 min gənclə bağlı informasiya olduğunu bildirib: “Həmin 700 nəfərin bakalavr pilləsinə qəbul olması ilə bağlı həmin bazada məlumat yoxdur. Təbii ki, bu, qeyri-qanuni hal kimi araşdırılır. Bu vaxta qədər aparılan araşdırma zamanı bəlli olub ki, həmin şəxslərin arasında xarici ölkələrdə təhsil alanlar var. Amma onların diplomları tanınıb və biz həmin məlumatları bazaya daxil etmişik”. Məleykə Abbaszadə MDB ölkələrində 117 ali məktəbdən Azərbaycanın ali məktəblərinə köçürmələr olduğunu deyib: “Amma 4 ali məktəbdən Dağıstan Universiteti, Mahaçqala Universiteti, Moskva Açıq Universiteti, Sanki-Peterburq Hüquq və İqtisadi Əlaqələr Universitetindən Azərbaycanın ali məktəblərinə kütləvi köçürmələr olur. Tutaq ki, bir ildə 200 nəfər Azərbaycanın ali məktəblərinə köçürülür. Təbii ki, bunlar süni xarakterli köçürmələrdir”. M. Abbaszadə bu araşdırmaların davam etdiriləcəyini və buna baxmayaraq həmin 700 nəfərin magistraturaya qəbul imtahanlarına buraxılacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR