Məleykə Abbaszadə ötən qəbul imtahanlarında bir abituriyentin saçının arasından telefon tapıldığını bildirib
20 iyun 2008 11:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, sabahdan başlayaraq III qrupa ərizə vermiş abituriyentlər sənəd qəbulu komissiyalarından imtahanlara buraxılış vərəqələrini ala bilərlər. Buraxılış vərəqi verilərkən abituriyentlərə pulsuz olaraq yaddaş kitabçası da təqdim ediləcək. M. Abbaszadə deyib ki, abituriyentin imtahana mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vəsaitlər gətirməsi qadağandır: “Özləri ilə mobil telefon gətirənlər imtahanlara buraxılmayacaq. Nəinki telefon, hər hansı başqa aparatla da imtahan otaqlarına keçmək olmaz. Belə addım atanlar qanunu pozur, bizi aldatmaq istəyir. Abituriyent imtahana gələrkən evdən telefonsuz çıxmalıdır. TQDK-nın elə bir xidməti yoxdur ki, imtahana gələn abituriyentin telefonlarını alsın, nömrələsin və imtahanın sonuna kimi saxlasın. Həmin insanların taleyi həll olunur, nə üçün bəziləri hesab edirlər ki, həmin gün hansısa başqa bir adam onun taleyinə daha məsuliyyətli yanaşmalıdır? Əvvəllər elə hallar olub ki, abituriyentdən üzərində telefon olub-olmadığı soruşulub, o isə olmadığını deyib, amma yoxlayanda saçının arasından telefon tapılıb”. TQDK sədrinin sözlərinə görə, attestat alan bu ilin məzunları öz qiymətlərini elektron ərizəyə daxil etməlidir. İmtahana buraxılış vərəqəsi almaq üçün bu ilin məzunu olan abituriyentlərdən attestatın əsli də tələb olunacaq. Ərizədəki qiymətlərlə attestatdakı qiymətlər yoxlanılacaq və üst-üstə düşdükdə buraxılış vərəqi veriləcək. M. Abbaszadə onu da qeyd edib ki, imtahana buraxılış və imtahanın gedişi ciddi nəzarətdə olacaq.
Sosial
Naxçıvanda əhalinin sayı artıb
14:27
14 oktyabr 2024
İqtisadiyyat üzrə Nobel Daron Acemoğlu da daxil üç nəfərə verilib
13:48
14 oktyabr 2024
Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə beynəlxalq təşkilatlara çağırış ediblər
12:38
14 oktyabr 2024
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
12:33
14 oktyabr 2024