Əhəd Əhmədovun qaynı məhkəmədə şahid qismində ifadə verib

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə millət vəkili Əhəd Əhmədovdan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Rza Pənahov, “Yeni Cümhuriyyət” qəzetinin baş redaktoru Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin təsisçisi Şəmsi Mirzəyev, digər təqsirləndirilənlər Zahid Muradov və Zabil Pənahovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə. Əhmədovun qaynı Vahid Muradov şahid qismində ifadə verib. Şahid Ə. Əhmədovla aralarında anlaşılmazlıq baş verdiyindən və ona hirsləndiyindən deputatın barəsində sərt danışdığını bildirib. Məhkəmə prosesi davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən N. Rəhimov Ə. Əhmədovun özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə ondan 1500 dollar alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra Ş. Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Z. Muradov, baldızı oğlu Z. Pənahov və bacanağı R. Pənahov da həbs olunublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunurlar.

Sosial

Sabahdan 11 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Nazir müavini: Söyüdlüdə yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir

Azərbaycan Qarabağın fiziki məhdudiyyətli erməni sakinləri üçün xüsusi tibbi maşınlar ayırmağa hazırdır