Avqust ayında Azərbaycanda havanın hərarətinin 40 dərəcəyə çatacağı gözlənilir

O bildirib ki, iyun ayında temperatur rejimi normadan 3-4 dərəcəyədək aşağı düşüb. İ. Məmmədov yay fəslində ən isti günlərin iyulun ikinci yarısında və avqustda qeydə alınacağını söyləyib. Ümumilikdə iyulda temperatur rejiminin norma daxilində olacağı, cənub axınları ilə əlaqədar temperaturun yüksələcəyi gözlənilir. İyulda havanın orta aylıq hərarətinin 24-26, ayın ikinci yarısında 33-35, ayrı-ayrı günlərdə isə 35, hətta 39 dərəcə olacağı proqnozlaşdırılır. Ay ərzində yağıntıların miqdarının da norma daxilində olacağı, Lənkəran-Astara bölgəsinə bir qədər çox yağıntının düşəcəyi gözlənilir. İ. Məmmədovun sözlərinə görə, avqustda hava şəraiti iyuldakından az fərqlənəcək və temperatur rejimi iyuldakına yaxın olacaq. Həmin ayda ayrı-ayrı günlərdə havanın hərarətinin 35-38, bəzi günlərdə 39, hətta 40 dərəcəyə çatacağı istisna edilmir.
Hava_temperatur
Hava_temperatur
Sosial

Söyüdlüdəki şirkətin rəhbəri: Nöqsanımızı qəbul edirik

Söyüdlüdəki şirkətin işçilərinin dispanserizasiyaya cəlb edilməməsinin səbəbi açıqlanıb

BŞTİ müdiri təhsil müəssisələrinin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib
