Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 20-yə yaxın layihə təqdim olunub

Bakı. Ramil Məmmədli APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqəyə həsr olunan məlumat sessiyası keçirib. APA-nın məlumatına görə, şuranın eksperti Fərasət Qurbanov deyib ki, müsabiqəyə 15 müddəa üzrə layihələr təqdim olunmalıdır. O bildirib ki, layihələrin qəbulu müddəti iyunun 12-dən iyulun 2-nə qədərdir. Layihə ilə birlikdə müvafiq sənədlərin də təqdim edilməsinin zəruriliyini vurğulayan F. Qurbanov layihələrin qiymətləndirilməsinin şura tərəfindən qəbul olunan prosedura uyğun həyata keçiriləcəyini söyləyib: “Seçim prosesi üç mərhələdə aparılacaq. Birinci mərhələ layihənin katiblik tərəfindən qəbulu, ikinci mərhələ ekspertlərin qiymətləndirilməsindən ibarətdir. Üçüncü mərhələdə isə layihənin əhəmiyyətli olması və ayrılan maliyyə vəsaiti şura üzvləri tərəfindən təsdiqlənir”. F. Qurbanov indiyə qədər 20-yə yaxın layihənin təqdim olunduğunu açıqlayıb.
Sosial

Azərbaycan Qarabağın fiziki məhdudiyyətli erməni sakinləri üçün xüsusi tibbi maşınlar ayırmağa hazırdır

Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək

30 il əvvəl Füzulidə itkin düşən şəhid Əhməd Babaşovun qalıqları Biləsuvarda dəfn edilib - YENİLƏNİB - FOTO
