Bakıda həbs olunan Hindistan vətəndaşı “Barmek-Azərbaycan” şirkətinin əməkdaşı olub

Bakıda həbs olunan Hindistan vətəndaşı “Barmek-Azərbaycan” şirkətinin əməkdaşı olub
# 20 iyun 2008 13:27 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Bakıda həbs olunan Hindistan vətəndaşı, 55 yaşlı Şahni Sinqh Taranjitin barəsində 2001-2005-ci illərdə törətdiyi əməllərə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. V. Əliyevin sözlərinə görə, İranda anadan olan Şahni Sinqh Taranjit “Barmek-Azərbaycan” MMC-nin əməkdaşı olub. Bundan başqa, o, şirkətin nümayəndəsi kimi başqa təşkilatlarla münasibətlərin qurulmasında da iştirak edib. Şahni Sinqh Taranjit barəsində Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində aparılan cinayət işi “Barmek-Azərbaycan” MMC-nin prezidenti Hüseyn Arabulun cinayət işindən ayrılıb.
Qeyd edək ki, Şahni Sinqh Taranjit Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dubaydan Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR