Macarıstan Ombudsmanı Ramil Səfərovun atası ilə görüşüb

Bakı. Samir Kazımlı - APA. Ombudsmanların 6-cı Bakı Beynəlxalq Konfransında iştirak edən Macarıstanın Ombudsmanı Şandor Fulop Macarıstan Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən, hazırda həmin ölkədə cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərovla görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş insan haqları üzrə müvəkkil Elmira Süleymanova tərəfindən təşkil olunub. Məlumata görə, görüş zamanı S.Səfərov Ş.Fulopdan Macarıstanın qanunvericiliyinə uyğun olaraq oğlunun Azərbaycana ekstradisiya edilməsi məsələsinə toxunub və bu işdə ona kömək etməsini xahiş edib. Ş.Fulop da öz növbəsində bu müraciət haqqında Macarıstanın Baş Ombudsmanı M.Saboya məlumat çatdıracağını söyləyib. E.Süleymanova da R.Səfərovun ekstradisiya prosesinə yardımçı olması üçün M.Saboya müraciət edəcəyini bildirib.

Sosial

Komissiya: Söyüdlüdə sianidin idarəedilməsi planının yenilənməsi tövsiyə edilir

Söyüdlüdə zavod ərazisində üç müşahidə quyusunun suyunda kiçik miqdarda sianid qeydə alınıb
Söyüdlüdə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin insan sağlığı üçün təhlükəli deyil