Azərbaycan Dövlət Neft Şirkətində xarici universitetlərə daxil olmuş 12 tələbənin müsahibəsi keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində xarici universitetlərə daxil olmuş 12 tələbənin müsahibəsi keçirilib
# 21 iyun 2008 08:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Təqaüdçülərin Seçilməsi üzrə ARDNŞ-in Birgə Komissiyası tərəfindən xarici ölkələrin nüfuzlu universitetlərinə daxil olmuş 12 tələbənin müsahibəsi keçirilib. Bu barədə “APA-Economics”ə ARDNŞ-dən məlumat verilib.
Tələbələrin neft və qaz mühəndisliyi, biznesin idarə edilməsi, kommersiya hüququ, marketinq və kadrların idarə edilməsi ixtisasları üzrə Böyük Britaniyanın Aberdin, Birmingem, Bristol, Qlazqo, Dürhem, Dandi, Lankaster, Nottingem universitetlərinə, London Universitet Kollecinə və London İmperial Kollecinə, ABŞ-ın Oklahoma Universitetinə qəbul olunmaları Komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilib. Tələbələrlə təkbətək müsahibə aparılıb, onların ümumi-nəzəri hazırlıqları yoxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR