Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı Ombudsman Aparatı bir sıra qurumlara müraciət edib

Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı Ombudsman Aparatı bir sıra qurumlara müraciət edib
# 21 iyun 2008 10:59 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “Azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ekstradisiyası ilə bağlı Ombudsman Aparatı tərəfindən Ədliyyə Nazirliyinə və bir sıra qurumlara müraciət olunub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova bildirib.
R.Səfərovun atasının Macarıstan Ombudsmanı ilə görüşdüyünü deyən E.Süleymanova ekstradisiya istiqamətində iş aparıldığını deyib.
O, həmçinin qeyd edib ki, Marneulidə (Gürcüstan) azərbaycanlıların hüquqi məsələləri ilə məşğul olacaq ombudsman artıq Avropa İttifaqı komissiyası tərəfindən qrant alıb və bu yaxınlarda Marneulidə ofisini açacaq. Ombudsman onu da vurğulayıb ki, əhali tərəfindən ona edilən müraciətlərin siyahısında əsas yeri şəxsiyyət vəsiqəsini ala bilməyənlər tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR