Azərbaycan ali məktəblərinin magistr pilləsinə qəbul imtahanları keçirilib

Azərbaycan ali məktəblərinin magistr pilləsinə qəbul imtahanları keçirilib
# 22 iyun 2008 09:48 (UTC +04:00)
Burada 1050 abituriyent imtahan verib. Saat 11.00-da başlayan imtahanın gedişinə ayrı-ayrı orta və ali məktəblərin, texnikumların TQDK tərəfindən təlimatlandırılmış müəllimləri ciddi nəzarət ediblər.
Xatırladaq ki, bu il magistratura pilləsinə ölkə üzrə 4809 plan yerinə 15 124 bakalavr sənəd verib. Onların 13 230 nəfəri Azərbaycan, 1894 nəfəri isə rus dili bölməsinin məzunlarıdır. Abituriyentlərin 7607 nəfəri oğlan, 7517 nəfəri qızdır. Ən yaşlı abituriyent 1950-ci il təvəllüdlü, ən gənci isə 1989-cu il təvəllüdlüdür.
Qeyd edək ki, jurnalistlərin imtahan keçirilən binalara buraxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xüsusi icazəsi və vəsiqəsi tələb edilir. Bunun üçün TQDK-da akkreditasiyadan keçməyə ehtiyac var. Jurnalistlər imtahan keçirilən binalara buraxılarkən onların mobil telefonları nəzarətçilər tərəfindən alınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR