Üzərindən “şparqalka” və cib telefonu tapılan abituriyentlər imtahana buraxılmayıblar

Üzərindən “şparqalka” və cib telefonu tapılan abituriyentlər imtahana buraxılmayıblar
# 22 iyun 2008 09:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan ali məktəblərinin magistr pilləsinə qəbul imtahanlarının keçirildiyi binaya daxil olan abituriyentlər nəzarətçilər tərəfindən ciddi şəkildə yoxlanıb. APA-nın məlumatına görə, imtahan otaqlarına qadağan olunan əşyalar, aparatlar, vəsaitlər keçirilməsinin qarşısı alınıb. Aparılan yoxlama zamanı abituriyent qızlardan birinin corabından “şparqalka”, digərinin cibindən isə telefon tapılıb. Bu şəxslər imtahana buraxılmayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR