Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaqlar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaqlar
# 23 iyun 2008 08:05 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, Madrid şəhərində (İspaniya) “Sülhü Dəstəkləmə Əməliyyatları” konfransı (23-27 iyun), Lvov şəhərində (Ukrayna) “Rapid Trident 2008” təliminin Yekun planlaşdırma konfransı (23-27 iyun), Brüssel şəhərində (Belçika) NATO Yanacaq Komitəsinin işçi görüşü (23-27 iyun), Budapeşt şəhərində (Macarıstan) “Müəllimlər üçün Hərbi Terminologiya” kursu (23 iyun-04 iyul), Tiflis şəhərində (Gürcüstan) SNT Konsepsiyalarının təkmilləşdirilməsi və təcrübələrin həyata keçirilməsi üzrə işçi görüşü (24-26 iyun), İzmir şəhərində (Türkiyə) “Hərbi Hava Əməliyyatları üzrə terminologiya” kursu (30 iyun-11 iyul) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR