Şəki sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Şəki sakinindən külli miqdarda narkotik vasitə götürülüb
# 23 iyun 2008 08:45 (UTC +04:00)
Qax. Hafiz Heydərov-APA. Qax polisi narkotik vasitələrin qanunsuz alverində təqsirləndirilən Şəki rayon sakinini həbs edib. Qax Rayon Polis Şöbəsinin rəis müavini Məmməd Malıyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rayon polisi ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki rayon sakini Ələsgər Mustafa oğlu Əhmədov ümumi çəkisi 7,360 kq marixuananı şərti alıcıya satarkən yaxalanıb. İlkin istintaq zamanı Ə. Əhmədovun narkotik vasitələrin qanunsuz alveri ilə məşğul olduğu sübuta yetirilib və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (küllü miqdarda narkotik vasitələri satmaq) maddəsi ilə cinayət işi qaldırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR