“Azərbaycan Respublikasının coğrafi atlası”nın pirat nüsxələri aşkarlanıb

“Azərbaycan Respublikasının coğrafi atlası”nın pirat nüsxələri aşkarlanıb
# 23 iyun 2008 11:07 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bakı şəhərinin metro keçidlərindəki satış məntəqələrində və qəzet köşklərində “Azərbaycan Respublikasının coğrafi atlası”, “Coğrafiyadan iş dəftəri” (VI sinif üçün), “Kontur xəritələr. Materiklər və okeanların coğrafiyası” (VI-VII siniflər üçün, Azərbaycan və rus dillərində ) və “Kontur xəritələr”in (IX sinif üçün, Azərbaycan və rus dillərində) pirat nüsxələri aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq şöbəsinin rəhbəri Alı İsmayılov məlumat verib. O bildirib ki, hazırda satışda olan bu pirat nüsxələrin yığışdırılması məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində geniş monitorinqlər keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR