Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq
# 23 iyun 2008 11:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. APA-nın xəbərinə görə, bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilov qiymətləndirmə sisteminin tətbiqinə yaxın zamanlarda başlanacağını deyib.
Komissiya sədri qeyd edib ki, dövlət qulluqçularının etik davranışları ilə bağlı komissiyaya vətəndaşlar tərəfindən müraciətlər də olunur: “Müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və şikayətçilər bizdən razı qalıblar”. B. Xəlilov Litva İdarəçilik Akademiyası ilə Komissiya arasında imzalanan müqaviləyə əsasən, Azərbaycanın 36 dövlət orqanının kadrları və aparat rəhbərləri üçün Vilnüs şəhərində üç günlük təlim keçiriləcəyini bildirib. O qeyd edib ki, komissiya iyulun sonlarından başlayaraq, Azərbaycanın regionlarında yerli icra hakimiyyəti orqanlarının kadrları üçün təlimlərə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR