1 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs aclığa başlayıb

1 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs aclığa başlayıb
# 23 iyun 2008 14:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Bayıl istintaq təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanaya orada saxlanılan Füzuli rayon sakini, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi üzrə təqsirləndirilən Zaur Həziyevin xahişi ilə gedib: “Zaur Həziyev iyunun 12-dən aclıq aksiyası keçirir. Onun saxlanma şəraitindən heç bir narazılığı yoxdur. Zaur Həziyev istintaqın gedişindən şikayətləndi, Respublika Prokurorluğunun müstəntiqi Qurban Səfərovun işi qərəzli apardığını və etiraz əlaməti olaraq aclığa başladığını dedi”. E. Behbudov şikayətlə bağlı baş prokuror Zakir Qaralova müraciət edəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR