Azərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub

Azərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub
# 23 iyun 2008 14:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamı, biznesmen Bahəddin Əliyevin evinə basqın edərək 1 nəfəri öldürməkdə, 3 nəfəri isə ağır yaralamaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, dəstə üzvləri Rəcəb Vəliyev və Elçin İsgəndərov ömürlük, Ramil Cəfərov 14 il, Araz Osmanov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dəstə üzvləri ötən il noyabrın 10-da iş adamı B. Əliyevin mənzilinə silahlı basqın edərək onun 74 yaşlı atası Alı Əliyevi qətlə yetiriblər. Onlar bir sıra ağır cinayətlərdə, o cümlədən qətldə, qaçaqmalçılıqda, banditizmdə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR