Axtarışda olan Bakı sakini həbs olunub

Axtarışda olan Bakı sakini həbs olunub
# 24 iyun 2008 08:36 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 4 aydır axtarış elan olunan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rufullayev həbs edilib. Bu barədə APA-ya bölmədən məlumat verilib. R. Rufullayevin 11 nəfəri işə düzəltmək adı ilə aldadaraq, onların hər birindən 500-1000 manat aldığı bildirilir. O, zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR