Azər Hətəmov: “Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu cinayət işi istintaq edilir”

Azər Hətəmov: “Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu  cinayət işi istintaq edilir”
# 24 iyun 2008 13:11 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Hazırda Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu bir cinayət işi istintaq edilir. Həmin cinayət işi transmilli mütəşəkkil cinayətkar qrupla bağlıdır”. APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azər Hətəmov bildirib. A. Hətəmov deyib ki, həmin iş üzrə uzun zamandan bəri Azərbaycana Əfqanıstan, Türkiyə, İran kanalı ilə narkotik vasitə daşıyan mütəşəkkil cinayətkar qrupun bir sıra üzvləri həbs ediliblər. A. Hətəmov qeyd edib ki, Azərbaycana narkotik vasitələr, əsasən cənub sərhədlərindən daxil olur: “Ən təhlükəli tendensiya budur ki, son zamanlar narkotik vasitələrin Azərbaycan ərazisinə keçirilməsi silahlı basqınlarla müşayiət olunur. Ötən il ərzində belə silahlı basqınlar zamanı hüquq-mühafizə orqanlarının 2 əməkdaşı öldürülüb. Dəfələrlə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına qarşı silahlı basqınlar olub. Hücumlarla bağlı bir neçə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR