Azərbaycanda sabiq nazirin məhkəməsində qaldırılan vəsatətlər təmin olunmayıb

Azərbaycanda sabiq nazirin məhkəməsində qaldırılan vəsatətlər təmin olunmayıb
# 24 iyun 2008 13:40 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və bu iş üzrə təqsirləndirilən daha 5 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, məhkəmədə R. Əliyevin vəkili Əlimərdan Sadıqov cinayət işinin materialları ilə yenidən tanış olmaq üçün vaxt verilməsi, “Azpetrol” Şirkətlər Qrupuna daxil olan mağazaların vergi ödəmələrinin nəticələri ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərilməsi, F. Əliyevin vəkili İsaxan Aşurov isə təqsirləndirilən şəxslərə ailələri ilə görüş verilməsi barədə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib. Vəkil Elton Quliyev F. Əliyevə bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə prosesi iyunun 25-də davam edəcək.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev
10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR