Azərbaycanın müdafiə naziri ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktorunu qəbul edib

Azərbaycanın müdafiə naziri ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktorunu qəbul edib
# 24 iyun 2008 14:20 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktoru, istefada olan kontr-admiral Jon Bördü qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazir son illər ABŞ-la Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf edərək strateji xarakter aldığını deyib. Görüşdə regionda mövcud vəziyyət, həmçinin bəzi beynəlxalq təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR