Hüquq müdafiəçisi Elçin Behbudov növbəti monitorinqlər keçirib

Hüquq müdafiəçisi Elçin Behbudov növbəti monitorinqlər keçirib
# 24 iyun 2008 14:51 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün inzibati qaydada həbs olunanların saxlanma məntəqəsində və yeniyetmələr üçün təcridetmə mərkəzində monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, 2007-ci ildə istifadəyə verilən inzibati həbs olunanların saxlanma məntəqəsi Avropa standartlarına tamamilə uyğundur: “Məntəqə Azərbaycanda analoqu olmayan saxlanma yeridir. Hazırda orada iki nəfər saxlanılır və onların saxlanma şəraitlərindən heç bir narazılıqları olmadı”. E. Behbudov Yeniyetmələr üçün təcridetmə mərkəzinin də Avropa standartlarına uyğun təmir edildiyini bildirib. Hazırda orada saxlanılan olmadığını bildirən komitə sədrinin sözlərinə görə, mərkəz 32 nəfər üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR