Kamran İmanov: “İçərişəhərdəki binalardan düzgün istifadə olunmur”

Kamran İmanov: “İçərişəhərdəki binalardan düzgün istifadə olunmur”
# 24 iyun 2008 15:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “İçərişəhərin ərazisindəki müxtəlif binalardan düzgün istifadə olunmur. Biz hesab edirik ki, onlar milli istifadəyə qaytarılmalıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov deyib. O, prezident İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli fərmanı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasnaməsində müəyyən dəyişikliklər aparıldığını bildirib: “Nazirlər Kabineti bu fərmanın icrası üçün müəyyən qərarlar qəbul etdi və İçərişəhərdəki bütün abidələr və dövlət mülkiyyətində olan tikililər qurumun balansına verildi. Bu, çox vacib qərardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR