Naxçıvanda məzunlardan rüşvət alaraq attestat verən orta məktəb direktoru saxlanılıb

Naxçıvanda məzunlardan rüşvət alaraq attestat verən orta məktəb direktoru saxlanılıb
# 25 iyun 2008 07:31 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Şıxmahmud kənd orta məktəbinin direktoru Ədalət Zalov saxlanılıb. APA-nın MR Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Ə. Zalov məktəbin məzunlarına attestatı rüşvət qarşılığında verməkdə təsirləndirilir. Araşdırmalar zamanı məlum olub ki, Ə. Zalov 2007-2008-ci tədris ilində məzun olan 36 nəfərin hər birindən 100 ABŞ dolları rüşvət aldıqdan sonra onlara attestat verib. Ə. Zalov 2004-cü ildən məktəb direktoru işlədiyini, ilk dəfə belə hərəkətə yol verdiyini bildirib və təqsirini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR