Qusarda külli miqdarda çətənə kolu məhv edilib

Qusarda külli miqdarda çətənə kolu məhv edilib
# 25 iyun 2008 07:44 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva-APA. Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Zindanmuruq kəndi ərazisində yabanı halda bitən külli miqdarda çətənə kolu aşkarlanıb. APA-nın şimal bürosunun məlumatına görə,
Çəkisi 1050 kiloqram çətənə kolu yandırılaraq məhv edilib. Polis əməkdaşlarının həyata keçirdiyi digər əməliyyat nəticəsində rayonunun Həsənqala kənd sakini, 1972-ci il təvəllüdlü Şakir Yusifov saxlanılıb. Onun idarə etdiyi avtomobildən xeyli yaş çətənə kolu tapılıb. Dindirmə zamanı Şakir Yusifov çətənə kollarını Zindanmuruq ərazisindən yığdığını deyib. Faktla bağlı Qusar rayon polis şöbəsində təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR