BMT-nin baş katibi narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə  qarşı mübarizə günü ilə bağlı müraciət yayıb
# 25 iyun 2008 08:30 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. BMT-nin baş katibi Pan Gi Mun 26 iyun - narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, dünyada narkotiklərə meylliliyi azaltmaq üçün görüləcək çox işlər var: “Zəif ədliyyə sistemi, məhdud hüquq-mühafizə imkanları olan dövlətlər cinayət, korrupsiya və qeyri-stabilliyə səbəb olan, Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsini təhlükə altında qoyan narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması üçün yardıma ehtiyac duyurlar”. Baş katib ölkələri narkotik asılılıqla mübarizə edən insanların tibbi və sosial xidmətlərdən istifadə etmək hüququnu tam təmin etməyə çağırıb: “Heç kim narkotik asılılığa görə nə rüsvay olmalı, nə də diskriminasiyaya məruz qalmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR