Ötən il Azərbaycanda 1320 nəfər QİÇS-ə yoluxan şəxs kimi qeydiyyata alınıb

Ötən il Azərbaycanda 1320 nəfər QİÇS-ə yoluxan şəxs kimi qeydiyyata alınıb
# 25 iyun 2008 13:29 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. 2007-ci ildə Azərbaycan vətəndaşları arasında 1320 nəfər QİÇS virusuna yoluxan şəxs kimi qeydiyyata alınıb. Onların 60 faizi narkotik vasitələri damar daxilinə istifadə edənlərdir. APA-nın xəbərinə görə, bu barədə
Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib. O bildirib ki, 2006-cı ildə 48 nəfər narkotik vasitə istifadəçisi QİÇS virusuna yoluxubsa, 2007-ci ildə bu rəqəm 140 nəfər təşkil edib. A. Əliquliyevin sözlərinə görə, bu, damar daxilinə narkotik vasitələr vuranların sayının get-gedə artmasının, digər tərəfdən, aparılan mübarizə tədbirlərinin istənilən nəticəni verməməsinin göstəricisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR