Dağıstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə dərman preparatları gətirməyə cəhd edən şəxs saxlanılıb

Dağıstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə dərman preparatları gətirməyə cəhd edən şəxs saxlanılıb
# 25 iyun 2008 13:35 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Dağıstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə dərman preparatları gətirməyə cəhd edən azərbaycanlı saxlanılıb. APA-nın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Dağıstan gömrük işçilərinin Dərbənd gömrük məntəqəsində yoxlanışa dayanan “Rostov-Bakı” qatarında apardıqları axtarış zamanı Azərbaycan vətəndaşından 80 qutu dərman preparatı aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR