Baş Dövlət Yol Polisi İdarəsinə işə qəbulla bağlı müsabiqə elan edilib

Baş Dövlət Yol Polisi İdarəsinə işə qəbulla bağlı müsabiqə elan edilib
# 25 iyun 2008 13:47 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), müşayiət-eskort taqımına yol-patrul xidməti inspektoru vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Bu barədə APA-ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Müsabiqəyə qatılmaq üçün Azərbaycanın dövlət dilini bilən, silahlı qüvvələrdə həqiqi hərbi xidmət üçün müəyyən edilmiş xidmət müddəti keçmiş, yaş həddi 20-30 aralarında olan Azərbaycan vətəndaşları DİN BDYPİ-nin kadrlar bölməsinə müraciət edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR