Bakıda “Narkotik istehlakçıları arasında QİÇS-in qarşısının alınması” mövzusunda tədbir keçirilib

Bakıda “Narkotik istehlakçıları arasında QİÇS-in qarşısının alınması” mövzusunda tədbir keçirilib
# 25 iyun 2008 14:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Bakıda “Narkotik istehlakçıları arasında QİÇS-in qarşısının alınması” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, 26 iyun - Beynəlxalq Narkotiklər Əleyhinə Günə həsr olunan tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib ki, ötən il narkotik istifadəçiləri arasında QİÇS virusuna yoluxanların sayı artıb. Millət vəkili Musa Quliyev deyib ki, narkomanlığın və QİÇS-in profilaktikası kifayət qədər aktual mövzusudur və bu problem cəmiyyəti narahat edir. O, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev isə çıxışında bildirib ki, Azərbaycanda narkomaniyanın bir xəstəlik olaraq müalicəsi məsələsi gündəlikdə durmalıdır. Azərbaycanda narkotiklərə aludə olanların artımımın müşahidə olunduğunu qeyd edən M. Əfəndiyev deyib ki, buna görə də, narkotiklərin yayılmasının qarşısının alınması üçün aparılan maarifləndirmə işlərində xüsusi bir strategiyanın hazırlanmasının vaxtı yetişib. M. Əfəndiyev ölkədə narkotikə aludə olan şəxslərin yenidən həyata qaytarılması faktının mövcud olmadığını da nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR