Sabiq nazirin işi üzrə məhkəmə prosesi davam etdirilib

Sabiq nazirin işi üzrə məhkəmə prosesi davam etdirilib
# 25 iyun 2008 14:17 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün, günün ikinci yarısında Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, R. Əliyevin vəkili Fuad Ağayev çıxış edib. Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Məhkəmə prosesi iyulun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev
10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR