Azərbaycanın İsmayıllı rayonunda Yaponiya hökumətinin dəstəyi ilə yeni məktəb tikilib

Azərbaycanın İsmayıllı rayonunda Yaponiya hökumətinin dəstəyi ilə yeni məktəb tikilib
# 26 iyun 2008 09:15 (UTC +04:00)
İsmayıllı. Hafiz Heydərov-APA. İsmayıllı rayonunun Buynuz kəndində Yaponiya hökumətinin vəsaiti hesabına inşa olunan yeni məktəb binası istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 250 yerlik məktəb binasının açılışına Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki də qatılıb. Tədbirdə çıxış edən səfir Yaponiya hökumətinin Azərbaycanda təhsil və səhiyyə sahələri üzrə həyata keçirilən layihələrə ölkəsi tərəfindən maraq göstərildiyini bildirib. Səfir İsmayıllı rayonuna səfəri çərçivəsində rayonun Lahıc kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəmək məqsədi ilə yeni bir layihənin həyata keçirildiyini deyib. Bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulan layihə ilə 852 nəfər yerli sakinin içməli su problemi həll olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR