Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək
# 27 iyun 2008 07:24 (UTC +04:00)
Bakı-APA. İyulun 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VII qurultayı keçiriləcək. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayın gedişini işıqlandırmaq istəyən KİV nümayəndələrinin bu gündən etibarən akkreditasiyadan keçməsi lazımdır. Qeydiyyat üçün MQF qərargahında işləyən qurultayın Təşkilat Komitəsinə zəng vurmaq da yetərlidir. Əlaqə telefonları: 012 510 76 01; 012 418 37 90
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR