Azərbaycanın Ermənistanla sərhəddə yerləşən kəndi içməli su ilə təmin olunacaq

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən kəndi içməli su ilə təmin olunacaq
# 30 iyun 2008 14:37 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Gədəbəy rayon İcra Hakimiyyəti və yerli icma ilə birgə həyata keçirdiyi su layihəsi çərçivəsində Azərbaycanın Ermənistanla sərhədində yerləşən Ayrıdərə kəndində yaşayan ailələr təhlükəsiz içməli su ilə təmin olunacaqlar. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. BQXK-nın “İcma yönlü su təminatı layihəsi” çərçivəsində sabahdan etibarən Gədəbəy rayonunun Ayrıdərə kəndinin 150 sakininə təmiz su veriləcək. Layihə çərçivəsində 1,25 kilometr uzunluğunda boru çəkilib, bulaq suyunun yığılması üçün iki su anbarı və iki çən quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR