Ann Dersi: “Azərbaycan “quş qripi” ilə mübarizədə böyük uğurlara nail olub”

Ann Dersi: “Azərbaycan “quş qripi” ilə mübarizədə böyük uğurlara nail olub”
# 01 iyul 2008 08:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Azərbaycan “quş qripi” ilə mübarizədə böyük uğurlara nail olub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, Azərbaycana ilk dəfə 2006-cı ildə “quş qripi” problemi ilə məşğul olan alim və həkimlərlə birlikdə gəldiyini xatırladıb. Diplomat ABŞ-ın bu sahədə Azərbaycana həmişə dəstək verdiyini söyləyib: “Amerika bu problem üzərində beynəlxalq miqyasda çalışır. Çünki “quş qripi” virusu sərhəd tanımadan yayılır və biz hamımız virusla mübarizədə birgə çalışmalıyıq. Ən başlıca vəzifə virusun heyvanlardan insanlara keçməsini əngəlləməkdir”. Səfirin sözlərinə görə, hər ölkə bu sahədə milli fəaliyyət planı hazırlamalı və treninqlər təşkil etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR