Azərbaycan Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
# 01 iyul 2008 08:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi ilə bağlı daxili işlər naziri Ramil Usubov və nazirliyin şəxsi heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın xəbərinə görə, nazirlik təmsilçiləri məzarlar üzərinə və Şəhidlər Kompleksi qarşısına əklillər qoyublar. Ramil Usubov jurnalistlərə açıqlamasında bildirib ki, sabah Azərbaycan polisinin yaranması günü ölkədə qeyd olunacaq. Nazir bununla bağlı tədbirlər planı işlənib hazırlandığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR