Oruc Zalov: “Azərbaycan bölgədə cinayətkarlığın ən az olduğu ölkədir”

Oruc Zalov: “Azərbaycan bölgədə cinayətkarlığın ən az olduğu ölkədir”
# 01 iyul 2008 10:21 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. Şirvan şəhərində Polis Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov iştirak edib. Tədbirdən sonra APA-nın Mil-Muğan bürosunun əməkdaşının sualını cavablandıran Azərbaycan Daxili İşlər Nazirinin müavini Oruc Zalov bildirib: “ Bölgədə yerləşən dövlətlərdə hər yüz min nəfərə 800-1000 cinayət hadisəsi qeydə alınırsa bu göstərici Azərbaycan üçün 200-dür. Belə hesab etmək olar ki, Azərbaycan bölgədə cinayətkarlığın baş vermə sayına görə ən yaxşı yerdədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR