“Qarabağ Qaziləri” Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür məktubu göndərib

“Qarabağ Qaziləri” Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür məktubu göndərib
# 01 iyul 2008 12:08 (UTC +04:00)
Bakı-APA. “Qarabağ Qaziləri” Birliyinin İdarə Heyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bu barədə APA-ya “Qarabağ Qaziləri” Birliyindən məlumat verilib. Müraciətdə qurumun İdarə Heyətinin üzvü, müharibə veteranı, 2-ci qrup əlil Oqtay Muxtar oğlu Mehdiyevin ürəyində cərrahiyyə əməliyyatı aparılmasına maddi və mənəvi yardım göstərdiyinə görə Mehriban Əliyevaya təşəkkür edilir: “Qarabağ əlillərinə göstərdiyiniz qayğıya və köməkliyə görə Sizə, o cümlədən rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün kollektivinə şəxsən Mehdiyevlər ailəsi və birliyimiz adından dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, Qarabağ əlillərinə olan diqqət və qayğınız bundan da sonra davam edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR