İngilis dilinin intensiv təlimi layihəsində iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub

İngilis dilinin intensiv təlimi layihəsində iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub
# 11 iyul 2008 15:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün ingilis dilinin intensiv təlimi layihəsində iştirak etmiş müəllimlərə sertifikatların təqdimatı mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, nazirlik Azərbaycan orta məktəblərində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi məqsədilə Britaniya Şurası (“British Council”) ilə birlikdə təlim kursları təşkil edib. Bakının 7 pilot məktəbinin 60 ingilis dili müəllimi üçün keçiriləcək kurslara Təhsil Nazirliyinin büdcəsindən 20 min manat pul ayrılıb. Nazir bu məqsədlə əlavə vəsait ayırmağa hazır olduqlarını da deyib: “Rus, alman, fransız və digər xarici dillərin də müasir metodlarla öyrədilməsi üçün zəruri işlər görüləcək”. M. Mərdanov Azərbaycan orta məktəblərində ingilis dilinin tədris səviyyəsindən razı olmadığını və bu məsələdə dönüş etmək üçün zəruri addımlar atılacağını söyləyib. Britaniya Şurasının Azərbaycan üzrə direktoru xanım Nikolle Os de Lalüvye isə deyib ki, kurs müasir texnologiyalar əsasında təşkil edilib. Sonda seminarların birinci mərhələsində iştirak edən 28 ingilis dili müəlliməsinə sertifikatlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR