“İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu” mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib

“İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu” mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib
# 11 iyul 2008 16:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasında “İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu” mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev yay məktəbinin açılmasını xüsusi hadisə adlandırıb: “Çünki bu məktəb müsəlman, xristian və yəhudi dinlərinə mənsub insanları iki həftə müddətində eyni mühitdə bir araya gətirəcək”.
Qeyd edək ki, yay məktəbi çərçivəsində 11-20 iyulda Bakıda və Qubada kurslar təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR