Ötən il Bakıda həbs olunan Müstəqil Türkiyə Partiyasının sədr müavininin apelyasiya şikayətinə iyulun 15-də baxılacaq

Ötən il Bakıda həbs olunan Müstəqil Türkiyə Partiyasının sədr müavininin apelyasiya şikayətinə iyulun 15-də baxılacaq
# 12 iyul 2008 11:11 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Ötən ilin oktyabr ayında Bakıda həbs edilmiş Müstəqil Türkiyə Partiyasının sədr müavini Mehmet Harun Kayaçının və onunla birgə həbs olunan Türkiyə vətəndaşı Gökhan Dəmir və Azərbaycan vətəndaşı Lənkəran Səfərov barəsində Yasamal rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev sədrlik edəcək.
Xatırladaq ki, təqsirləndirilən şəxslər apelyasiya şikayətlərində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin hökmü ilə M.Kayaçı və L.Səfərov islah işlərinə məhkum edilib. G.Dəmir isə şərti maliyyə vahidin 500 məbləğində cərimə olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, M.Kayaçı ötən ilin oktyabrında Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz dini təbliğatın qarşısının alınması ilə bağlı keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən ictimai asayişi pozma, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə) maddəsi ilə ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR