Qax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb

Qax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb
# 12 iyul 2008 12:30 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Azərbaycanın Qax rayonunun polis əməkdaşları Şəki rayonu sakinindən 8 kq narkotik vasitə götürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib.
Polis bölməsinə daxil olan operativ məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki sakini, 1957-ci il təvəllüdlü Ələsgər Mustafa oğlu Əhmədovdan satış məqsədi ilə hazırlanmış ümumi çəkisi 8 kq olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa Qax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 5 hektar sahədə ümumi çəkisi 12 tona yaxın 12 750 ədəd yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib.
Zaqatala polisinin Dövlət Sərhəd Xidməti ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayonun Kəpənəkçi kəndi ərazisində ümumi çəkisi 3,2 ton olan çətənə kolu yandırılaraq məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR