Şəhid atasına OKA markalı avtomobil verilib

Şəhid atasına OKA markalı avtomobil verilib
# 14 iyul 2008 07:21 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu APA. Tərtər rayonunun Seyidimli kənd sakini, şəhid atası Elton Əliyevə OKA markalı minik avtomobili verilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, E. Əliyev Qarabağ müharibəsində yeganə oğlunu itirib, özü isə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Azad Tağızadə bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmək üçün indiyədək ölkəyə 1914 ədəd OKA markalı avtomobil gətirilib. Onlardan təkcə 404-ü bu il alınıb. Bu ilin axırınadək daha 200 ədəd bu növ avtomobilin alınması planlaşdırılır. Dövlət başçısının tapşırığı ilə maşın növbəsinə dayanmış Böyük Vətən Müharibəsi iştirakçılarının da avtomobillə təmin olunması üçün tədbirlər görülür. Onların sayı 2000 nəfərdən çoxdur. Qarabağ müharibəsi əlillərindən isə hələlik 900 nəfər maşınsızdır. A. Tağızadə bu problemin də qısa vaxt ərzində həllini tapacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR