Yanvar-iyun aylarında Azərbaycanın cənub bölgəsində 30 QİÇS xəstəsi aşkarlanıb

Yanvar-iyun aylarında Azərbaycanın cənub bölgəsində 30 QİÇS xəstəsi aşkarlanıb
# 14 iyul 2008 08:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Cari ilin birinci yarısında Azərbaycanın Cənub bölgəsində 30 QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, bu ilin birinci yarısında laboratoriyada müayinədən keçmiş şəxslər arasında 30 nəfər QİÇS xəstəsi aşkarlanıb ki, onlardan da 23-ü Lənkəran, 4-ü Astara və 3-ü Masallı sakinləridir. Ümumilikdə isə Cəlilabad və Biləsuvar rayonları istisna olmaqla, bölgə üzrə 225 QİÇS xəstəsi qeydiyyata alınıb ki, bunların da 141 nəfəri Lənkəran, 37 nəfəri Astara, 36 nəfəri Masallı, 6 nəfəri Yardımlı və 5 nəfəri Lerik rayonlarının sakinləridir. R. İbişov bildirib ki, bu ilin birinci yarısında həmçinin bölgə üzrə 2 QİÇS xəstəsi, ötən 9 il ərzində isə 19 nəfər HİV daşıyıcısı dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR