Salyanda Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin yeni binasının açılışı olub

Salyan. Әlibәy Zeynalov-APA. Salyanda Sosial Müdafiә Fondunun yerli şöbәsinin yeni binasının açılış mərasimi keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iki mәrtәbәdәn ibarәt, 225 kvadrat .metr sahәsi olan inzibatı bina müasir tәlәblәrә cavab vermәklә yanaşı, yeni kompyuter avadanlıqları ilә də tәmin edilib. Yerli şöbә Salyan rayonu üzrә 15629 tәqaüdçiyә xidmәt edәcәk. İnzibatı binanın açılışında iştirak edәn Dövlət Sosial Müdafiә Fondunun sәdri Sәlim Müslümovun bildirdiyinә görә, respublikanın daha 8 rayonunda vә Sumqayıt şәhәrindә belə binalar tikilәcәk.
Sosial

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib
