Polşada “Hakimlərin və prokurorların tədrisi sahəsində əməkdaşlıq Avropa Qonşuluq Siyasətinin elementi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib

Polşada “Hakimlərin və prokurorların tədrisi sahəsində əməkdaşlıq Avropa Qonşuluq Siyasətinin elementi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib
# 02 dekabr 2008 16:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Polşanın Lyublin şəhərində “Hakimlərin və prokurorların tədrisi sahəsində əməkdaşlıq Avropa Qonşuluq Siyasətinin elementi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə nazirinin müavini, Avropa Şurasının hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsindəki nümayəndəsi Toğrul Musayev təmsil edib. O, tədbirdə çıxış edərək son illər Azərbaycanda ədliyyə sistemində aparılan islahatlardan danışıb. Konfransın sonunda Lyublin Xartiyası qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR