Ordubadda yeni Su Elektrik Stansiyasının tikintisinə başlanılacaq

Ordubadda yeni Su Elektrik Stansiyasının tikintisinə başlanılacaq
# 03 dekabr 2008 07:19 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Dekabrın sonunadək Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisindəki Gilançayın hidrotexniki potensialından istifadə etməklə ümumi gücü 20 meqavat olan yeni Su Elektrik Stansiyasının (SES) tikintisinə başlanılacaq. Artıq bununla bağlı son hazırlıq işləri görülür. Naxçıvan MR Dövlət Energetika Agentliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri “Gəmiqaya Yol, Su, Enerji” MMC tərəfindən həyata keçirilir. Stansiya Biləv kəndinin yaxınlığında inşa ediləcək hündürlüyü 7,5 metr, beton hissəsinin uzunluğu 56,5 metr olan təmizləyici bənddən, 11,9 kilometr uzunluqlu açıq kanaldan ,38 min 300 kubmetr su tutumu olan hovuzdan, 1600 metr uzunluqlu, 1700 millimetr diametrli metal borudan ibarət olacaq.
Gilançay kəndinin yaxınlığında tikiləcək stansiyanın binasında isə hər birinin gücü 9,5 meqavat olan 2 ədəd Pelton tipli turbin və generatorlar, gücü 25 Meqavoltamper olan transformator yarımstansiyaları quraşdırılacaq. Stansiyada istehsal olunacaq elektrik enerjisi muxtar respublikanın elektrik şəbəkələrinə 15 kilometrlik 110 kilovoltluq 2 dövrəli elektrik xətti vasitəsilə ötürülməsi nəzərdə tutulur.
2010-cu ildə Biləv SES-in istismara verilməsi ilə regionun elektrik enerjisi ilə tələbatının 17-18 faizi qədər elektrik enerjisi istehsal etmək mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR