Naxçıvanın sərhəd zastavalarında əsgər kazarması və zabitlər üçün yaşayış binaları istifadəyə verilib

Naxçıvanın sərhəd zastavalarında əsgər kazarması və  zabitlər üçün yaşayış  binaları istifadəyə verilib
# 03 dekabr 2008 07:48 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının Culfa və Ordubad rayonlarındakı sərhəd zastavalarında əsgəri -məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binaları istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, Culfa rayonunun Gülüstan kəndində yerləşən zastavanın əsgər yataqxanasında 50 yerlik yataq otağı, məişət, istirahət, rabitə və iş otaqları istifadəyə verilib, lazımi məişət şəraiti yaradılıb. Ərazidə 8 mənzilli yaşayış binası tikilib, 8 zabit ailəsi ikiotaqlı yaşayış evləri ilə təmin edilib. Analoji şərait Ordubad rayonunun Aza kəndində yerləşən zastavada da yaradılıb. Burada inşa olunan digər 8 mənzilin açarları zabit ailələrinə təqdim olunub. Hər iki zastavada silah-sursat, əşya-geyim, mənzil-istismar, ərzaq anbarları, əsgər yeməkxanası və digər xidmət sahələri istifadəyə verilib.
Qeyd edək ki, ilin sonunadək daha 4 sərhəd zastavasında əsgəri -məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binaları istifadəyə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR