Tiflisdə keçirilən Cənubi Qafqaz ölkələrində əlillərin problemlərinə həsr olunmuş konfrans başa çatıb

Tiflisdə keçirilən Cənubi Qafqaz ölkələrində əlillərin problemlərinə həsr olunmuş konfrans başa çatıb
# 03 dekabr 2008 08:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisin “Şeraton-Metexi” otelində Cənubi Qafqaz ölkələrində əlillərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının konfransı öz işini başa çatdırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edən konfransda Cənubi Qafqazda yaşayan əlillərin qarşısında duran problemlərin öyrənilməsi və həlli mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Ombudsman təsisatlarının nümayəndələri, xarici ölkələrin donor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Konfransda Azərbaycan Qadın Əlillər Cəmiyyətinin rəhbəri Məhluqə Rəhimova, Ombudsman Aparatının nümayəndəsi Yeganə Cəfərova və əlillərin problemləri ilə məşğul olan digər təşkilatlarının nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR