DSMF-nin nümayəndəsi: “Biləsuvarda özünü yandıran qadın Ruhi Xəstəxanada qeydiyyatdadır ”

DSMF-nin nümayəndəsi: “Biləsuvarda özünü yandıran qadın Ruhi Xəstəxanada qeydiyyatdadır ”
# 03 dekabr 2008 10:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Dekabrın 2-də Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon şöbəsinin binası qarşısında özünü yandıran 1974-cü il təvəllüdlü Əliyeva Sənubər Əraslan qızı hazırda Salyan rayonunun Şorsulu kəndindəki Ruhi Xəstəxanada ruhi xəstə kimi qeydiyyatdadır”. Bunu APA-ya açıqlamasında DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Elşən Əliyev bildirib. Onun sözlərinə görə, həmin şəxs 2004-cü ildən psixi pozğunluq, tez-tez baş verən qıcolma, özünə qəsd etmə diaqnozu ilə pensiya alır. E. Əliyev deyib ki, S. Əliyeva növbəti dəfə pensiyasının müddətini uzadılması məqsədi ilə Tibbi Ekspert Komissiyasına müraciət etdikdən sonra tələb olunan sənədləri noyabrın 28-də DSMF-ya təqdim edib. Qanunvericiliyə uyğun olaraq, pensiya ödənişi həmin müraciətdən sonrakı 5 gün ərzində həyata keçirilməli olsa da, S. Əliyeva bununla razılaşmayaraq pensiyasının elə noyabrın 28-də verilməsini tələb edib. Bunun mümkün olmadığını bildikdə isə özünə qəsd edib. E. Əliyevin sözlərinə görə, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilən S. Əliyevanın vəziyyəti hazırda qənaətbəxşdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR